Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə inflyasiya sürətlənib.
Banco.az xəbər verir ki, mövsümi təsirlərdən təmizlənmiş inflyasiyada sürətlənmə müşahidə olunub.
“TÜİK”in açıqladığı məlumatlara əsasən, mövsümi təsirlərdən təmizlənmiş aylıq inflyasiya 2,76 faiz təşkil edib. Yanvar ayında bu göstərici 2,70 faiz səviyyəsində idi.
Mövsümi təsirlərdən təmizlənmiş göstəricilərə görə ən yüksək artım 10,36 faizlə təzə meyvə və tərəvəz məhsullarında qeydə alınıb. Onu 8,73 faizlə rabitə xidmətləri izləyib.
Fevral ayında həmin məlumat bazasına əsasən, əsas mallar üzrə inflyasiya 2,79 faiz təşkil edib. Xidmətlər qrupunda isə aylıq inflyasiya 2,69 faiz olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
