Mərkəzi Bankın tapşırığı kimin xeyrinə olacaq? | Banco.az

Mərkəzi Bankın tapşırığı kimin xeyrinə olacaq?

Aydan–aya dəyişən komisyon haqları banklara daha çox manevr etmək imkanı verir. Müxtəlif kampaniyalar dövründə banklar “faizsiz” sərlövhəsi ilə reklam etdiyi kreditləri müştərlərə yüksək komisyon haqqı ilə satırdılar, bu rəqəm 12-14% də ola bilirdi.

Faiz və ya qeyri faiz gəlirləri?

Müxtəlif əməliyyatlar üzrə komisyon haqqları bankların qeyri faiz gəlirlərində yer aldığı kimi, kredit müqavilələrinə görə komisyon haqqları bankların qeyri faiz gəlirlərində əks olunur. Bir başa faiz gəliri olmasa belə, komisyon gəlirlərini kredit müqavilələri yaradır. Müqavilə yoxdursa, komisyon haqqı da yoxdur. Ona görə də ekspetlər bankların qeyri faiz əməliyyatlarından danışdıqda kreditlər üzrə komisyon gəlirlərinin ora daxil edilməsini düzgün hesab etmirlər.

Faktiki olaraq, bankların balansında kreditlər üzrə komisyon gəlirləri qeyri faiz gəlirlərində yer alsa da, bir çox mütəxəssislər gerçəkdə onları faiz gəlirlərinin bir hissəsi hesab edir.

Qeyd edək ki, Mərkəzi Bankın rəsmi statistikasına əsasən 2014-cü ilin sonuna bankların faiz gəlirləri 2 milyard 255 milyon manat, qeyri faiz gəlirləri isə  476,45 milyon manat təşkil edib. Ümimilikdə banklar faiz əməliyyatlarında mənfəətli, 1 milyard 269 milyon manat, qeyri faiz əməliyyatlarında isə  432,69 milyon manat zərərdə olublar.  Nəticə etibarı ilə qərar bankların qeyri faiz gəlirlərini yenə də əhəmiyyətli dərəcədə azaldacaq. Banklar onsuz da fevral ayında devalvasiyadan sonra özlərinə gəlməyə macal tapmamışdı. Əslində elə kredit gəlirlərindən formalaşan qeyri faiz gəlirləri kredit müqavilələri üzrə komisyon haqların 1% civarında məhdudlaşacağı halda, 50%-dən də çox azala bilər.

Öncədən alınan zəhmət haqqı

Komisyon haqqları həm də banklar üçün bir zəmanətdir, yəni faizlərin qayıdıb-qayıtmamasından asılı olmayaraq, bankların gördükləri işə görə bəri-başdan aldıqları zəhmət haqqıdır. Müştəri  bu gün imzaladığı müqaviləni sabah ləğv etmək fikrinə düşsə, faiz gəlirlərini ödəməkdən azaddır, amma komisyon olaraq ödənilmiş pul geri qayıtmır.

İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, komisyon haqları üçün 1%-lik həddi qoyulması müştəriyə hansı bankın münasib şərtlərlə kredit verməsini müəyyənləşdirməyə imkan verəcək. Nəticədə kredit bazarında müəyyən rəqabət formalaşacaq.

Lakin ekspert bildirir ki, bu kreditlərin bahalaşmasına gətirib çıxaracaq:

Ən sərfəli kredit üçün müraciət et

llk növbədə kreditlərin faiz dərəcələri artacaq. Artım təxminən 5-10% təşkil edəcək. Ancaq bu təsir uzunmüddətli olmayacaq. Bir müddətdən sonra faiz dərəcələrində azalma müşahidə ediləcək. Azalmanın əvvəlki səviyyəyə düşməsini söyləmək tezdir. Çünki kredit bazarında digər amillər də nəzərə alınmalıdır”.

Daha bir ekspert Rəşad Həsənov da bu fikirdədir ki, indiyə qədər pulun satış qiyməti (kredit faizləri) digər xərclər üzrə paylaşdırılaraq vətəndaşa daha kiçik göstərilirdi və bu daha çox özünü komisya xərclərində göstərirdi:

Məsələn: 1 il ərzində 24%-lə 1000 manat kredit fərqli komisyon faizləri ilə;

1)Komissya=8%,cəmi ödəmə 1135 m, əldə qalan pul 920 m, xərc 215 m
2)Komissya=5%,cəmi ödəmə 1135 m, əldə qalan pul 950 m, xərc 185 m
3)Komissya=2%,cəmi ödəmə 1135 m, əldə qalan pul 980 m, xərc 155 m
4)Komissya=1%,cəmi ödəmə 1135 m, əldə qalan pul 990 m, xərc 145 m

Başqa sözlə, birinci halda vətəndaş krediti 40, ikinci halda 35, üçüncü halda 28 və dördüncü halda isə 26 FAİZ-lə əldə etmiş olur. Bu isə komisyon haqqların kredit qiymətinə əslində nə qədər təsir etdiyini göstərir.

İqtisadçı ekspert Vüqar Bayramov isə dəyişikliyin müsbət təsirlərinin daha çox olacağını düşünür:

“Birincisi, bu banklara imkan verməyəcək ki, kredit götürən vətəndaşlar üçün fərqli və daha yüksək faizlər hesablasınlar. Ikincisi, komissiya haqqlarının məhdudlaşdırılması real kredit faizlərinin aşağı düşməsinə səbəb olacaq. Üçüncüsü, artıq bankların ucuz və aldadıcı reklam kampaniyalarına son qoyulacaq. Nəhayət, kredit üçün banka müraciət edən şəxs öncədən öz xərclərinin dəqiq hesablaya biləcək.”

Bir məsələ aydındır ki, bankların gəlirləri azalacaq və onlar bunu indi faizlər hesabına kompensasiya etməyə çalışacaq. Ona görə də ilkin mərhələdə kredit faizlərinin artacağını gözləməyə dəyər, amma bu vətəndaşların kredit xərcini artırmayacaq, çünki onsuz da indiyə qədər onlar həmin vəsaiti komisyon şəklində ödəyirdi. Sadəcə indi onlar pulu nəyə və niyə ödədiyini, və hansı bankın kredit şərtlərinin daha sərfəli olduğunu daha rahat anlayacaqlar.

 

Ən sərfəli krediti almaq üçün müraciət et