Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib | Banco.az

Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

6 may 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101779S dövlət qeydiyyat nömrəli, 150 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 8 investor tərəfindən qiyməti 99.4773 AZN (6.76%) olan 13 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 224,557,200.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4773 AZN (6.76%), orta ölçülmüş qiyməti 99.4773 AZN (6.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi        150.000.000,00 AZN təşkil etmişdir. 

Notların ödəmə tarixi 03.06.2020

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram