Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib | Banco.az

Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

15 aprel 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101479S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 99,4418 AZN (7.22%) və 99,4773 AZN (6.76%) olan 12 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 253.871.300,00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,4601 AZN (6.98%), orta ölçülmüş qiyməti 99,4624 AZN (6.95%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi      200.000.000,00 AZN təşkil etmişdir. 

Ən sərfəli kredit üçün müraciət et

Notların ödəmə tarixi 13.05.2020

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et