Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirildi | Banco.az

Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirildi

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101086S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 15 investor tərəfindən qiymət 99,4974 manat (6,49%) və 99,5351 manat (6,01%) olan 26 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 895 507 500 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5351 manat (6,01%), orta ölçülmüş qiyməti 99,5351 manat (6,01%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 13 yanvar 2021-ci ildir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram