Mərkəzi Bankın müvafiq dövr üçün elektron jurnalı artıq hazırdır | Banco.az

Mərkəzi Bankın müvafiq dövr üçün elektron jurnalı artıq hazırdır

Banco.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının “Mərkəzi Bank və İqtisadiyyat Jurnalı: Məqalələr və tədqiqat işləri silsiləsi” adlı elektron jurnalının yeni – cari il üzrə birinci sayı hazırlanıb.

Jurnalın bu sayında biznes tsikllərin proqnozlaşdırılması, iqtisadi artımla maliyyə vasitəçiliyi arasında əlaqə, iqtisadi inkişafın sosial aspektləri və digər nəzəri-empirik məsələləri özündə əks etdirən tədqiqat işlərinin nəticələri barədə məlumat verilib.

Jurnalda təqdim edilən budəfəki fundamental araşdırmalar, son qlobal proseslər nəzərə alınmaqla qabaqcıl beyin mərkəzlərini düşündürən aktual mövzuları əhatə edir.