Mərkəzi Bankın İdarə Heyətinin sədri: “İpoteka kreditlərinin faizlərinin aşağı salınmasını nəzərdə tutan strategiya hazırdır” | Banco.az

Mərkəzi Bankın İdarə Heyətinin sədri: “İpoteka kreditlərinin faizlərinin aşağı salınmasını nəzərdə tutan strategiya hazırdır”

“Vahid ipoteka strategiyasının həyata keçirilməsinin tərəfdarıyıq”

“İpoteka strategiyası artıq hazırdır. İpoteka kreditlərinin faiz dərəcələrinin aşağı salınması barədə strategiya hökumət və Mərkəzi Bankın maliyyə sektoru ilə birgə geniş müzakirə olunacaq”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. 

Ən sərfəli kredit üçün müraciət et

O, strategiyanın dəqiqləşdiriləcəyini, təsdiq olunandan sonra reallaşdırılmasına başlanacağını qeyd edib: “Biz ölkədə vahid ipoteka strategiyasının olmasının tərəfdarıyıq. Gənclər və İdman Nazirliyinin bu strategiya ilə bağlı təklifləri də bu kontekstdə müzakirə olunaraq qəbul edilməlidir. Son nəticədə vahid ipoteka strategiyası həyata keçirilməlidir”.

Mənbə: apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et