Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 150 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 274.9 mln. manat təşkil edib.
Bu barədə AMB-yə istinadən xəbər verilir.
Hərracda tələb təklifi 83,3% üstələyib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 12,98% olub.
Mənbə: Report.az