Mərkəzi Bankın balansında olan nəqliyyat vasitələri hərraca çıxarılacaq | Banco.az

Mərkəzi Bankın balansında olan nəqliyyat vasitələri hərraca çıxarılacaq

26 noyabr 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikasının Mərkəzi Bankının balansında olan nəqliyyat vasitələri hərraca çıxarılacaq.

Banco.az xəbər verir ki, hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər:

Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;

Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti, olduğu halda VÖEN-in surəti;

Ən sərfəli kredit üçün müraciət et

Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;

Azərbaycan Respublikasının Mərkəzi Bankının hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.

Diqqət: Sənədlər beh ödənişinin bankın hesabına hərracın başlanmasına ən geci 3 bank günü qalanadək daxil olduğu təqdirdə qəbul ediləcəkdir.