“Mərkəzi Bank sentyabrda faizləri aşağı çəkərsə, kredit faizləri azala bilər” | Banco.az

“Mərkəzi Bank sentyabrda faizləri aşağı çəkərsə, kredit faizləri azala bilər”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Məlum olduğu kimi, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25 faiz, faiz dəhlizinin aşağı həddi 6.25 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8.25 faiz səviyyəsində dəyişməz saxlanılıb.

Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki inflyasiya templərinin proqnoza uyğun formalaşması, proqnozlaşdırılan inflyasiyanın hədəfdə (2-6 faiz) qalması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.

Uçot dərəcəsinin sabit saxlanmasına münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Banco.az-a bildirib ki, Azərbaycan Mərkəzi Bankı faiz dərəcələri ilə bağlı qərar verərkən ölkə daxilində makroiqtisadi göstəricilərlə yanaşı, dünyadakı prosesləri də nəzərə alır:

“Daha öncədən də avqust ayında dünyanın aparıcı ölkələrin mərkəzi banklarının faizlərlə bağlı hansısa bir dəyişikliyə getməyəcəyi məlum idi. Ona görə də AMB-də bu addımı atmadı.  Amma bu o demək deyil ki, ilin sonuna qədər hansısa bir dəyişikliklər olmayacaq.  Çünki həmin vaxt həm ABŞ və Avropa, həm də dünyanın bir çox aparıcı ölkələrinin Mərkəzi Banklarında da uçot dərəcəsinin aşağı enməsi gözlənilir. Onlara paralel olaraq Azərbaycanda da belə bir addım atıla bilər".
Natiq Cəfərli hesab edir ki, sentyabr ayında çox güman ki  Mərkəzi Bank faizləri 0,25 bənd azaldacaq:

Ən sərfəli kredit üçün müraciət et

"Lakin azalma və ya artmanın Azərbaycan iqtisadiyyatına birbaşa təsirləri olmur.Çünki bizdə institusional olaraq təsirlərin yayılması mexanizmləri zəifdir. AMB faizlərin endirilməsi ilə bağlı qərar verərsə,  bu, bir müddət sonra kredit faizlərinin cüzi azalmasına səbəb ola bilər”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et