Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracının nəticələri açıqlanıb.
Bankdan verilən məlumata görə, hərracda tələb 142 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,81% təşkil edib.
Qeyd edək ki, AMB depozit hərracında 150 milyon manat cəlb etməyi nəzərdə tuturdu.