Mərkəzi Bank kredit qoyuluşlarının azalmasının səbəbini açıqladı | Banco.az

Mərkəzi Bank kredit qoyuluşlarının azalmasının səbəbini açıqladı

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşlarının həcmi 2015-ci il oktyabrın 1-ə 19 113,5 mln. manat təşkil edib.

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, avqust ayı ilə müqayisədə sentyabrda iqtisadiyyata kredit qoyuluşu 982,3 mln. manat və ya 4,89% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

AMB-dən bildirilib ki, azalma Azərbaycan Beynəlxalq Bankında aparılan restrukturizasiya tədbirləri ilə əlaqədardır.

Ümumiyyətlə, son 1 ildə 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyata kredit qoyuluşu 1 481,9 mln. manat və ya 8,40% çoxdur.