Mərkəzi Bank inflyasiya proqnozunu açıqladı, Türk Lirəsi bahalaşdı | Banco.az

Mərkəzi Bank inflyasiya proqnozunu açıqladı, Türk Lirəsi bahalaşdı

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) il sonu istehlakçı qiymətləri indeksi (inflyasiya) proqnozunu 14.6%dən 13.9%-ə endirib.

Mərkəzi Bankın sədri Murat Uysal, "İnflyasiyanın 2019-cu ilin sonunda 13,9 faiz olaraq reallaşacağını, 2020-ci ilin sonunda 8,2 faizə, 2021-ci ilin sonunda isə 5,4 faizə geri çəkildikdən sonra orta müddətdə 5 faiz səviyyəsində sabitləşəcəyini təxmin edirik",- deyib.

Mərkəzi Bankın açıqlamasından sonra Türk Lirəsi bahalaşıb və Dollar/TL məzənnəsi 5.52 səviyyələrinə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

"İnflyasiyanın, 70 faiz ehtimalla, 2019-cu ilin sonunda 11,5% ilə 16,3% aralığında (orta nöqtəsi 13,9 faiz), 2020-ci ilin sonunda  5,2% ilə 11,2% aralığında (orta nöqtəsi 8,2 faiz) baş verəcəyini proqnozlaşdırırıq",- Mərkəzi Bankın sədri bildirib.

İnflyasiya proqnozu -  sərt pul siyasətinin təsiri ilə inflyasiyanın səngiməsi və ərzaq qiymətlərinin düşməsilə əlaqədar olaraq azaldılıb. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et