Mərkəzi Bank gələn il də Dolların 1,70 manatda qalmasına çalışacaq | Banco.az

Mərkəzi Bank gələn il də Dolların 1,70 manatda qalmasına çalışacaq

“2019-cu ildə Manatın məzənnəsini dəyişdirə biləcək hər hansı bir fundamental amil yoxdur”.

Bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

Elman Rüstəmovun sözlərinə görə, ölkədə aşağı inflyasiyanın başlıca səbəbi Dollar/Manat məzənnəsinin sabit qalmasıdır. Dolların bahalaşması bazarda məhsulların bahalşaması ilə nəticələnir, buna görə məzənnənin sabit saxlanılması məqsədəuğundur:

“Biz növbəti ilə də nikbinliklə baxırıq, məzənnənin sabit qalmasını idarə edə biləcəyik. Bunu gələn ilə dair inflyasiya proqnozlarımız da göstərir. Bu gün sabit məzənnə qiymət sabitliyinin (aşağı inflyasiyanın) ən başlıca lövbəridir və biz bunu qorumağa çalışacağıq”.

Ən sərfəli kredit üçün müraciət et

Elman Rüstömov əlavə edib ki, Mantın bahalaşması da Azərbaycanın ixracı üçün zərərli ola bilər: “Manatın revalvasiyası (bahalaşması) milli iqtisadiyyatımız üçün yararlı deyil, zərərli ola bilər. İqtisadi siyasətin ən başlıca məqsədləri qeyri-neft  sektorunun inkişaf etdirilməsi, ixracın şaxələndirilməsidir. Bahalı manat bu prosesin qarşısında maneələr yarada bilir”.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et