Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci il üzrə inflyasiya proqnozunu açıqlayıb.
AMB mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin möhkəmlənməsinə yönəldiyini bildirib:
"Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır".
APA