Azərbaycanda 2019-cu ildən Vergi Məcəlləsinə təklif olunan və Milli Məclis və Vergilər Nazirliyi tərəfindən gizli saxlanılan dəyişikliklərin bir hissəsi məlum olub. Bütün ölkə biznesinin maraqla gözlədiyi mənfəət vergisinə dəyişiklikləri vergi eksperti Vəli Əliyev açıqlayıb.
Budəfəki dəyişikliklərin bir hissəsi şirkət sahiblərinin və səhmdarların öz paylarını satdıqda ödəyəcəkləri vergiyə aiddir.
Məsəlləyə əlavə edilməsi təklif olunan 104.6 saylı yeni maddəyə əsasən, əgər səhmdar və ya təsisçi öz payını satarsa, satış qiyməti və səhmlərin nominal dəyəri arasındakı fərq vergiyə cəlb olunan mənfətə sayılır. Səhmlərin nominal qiymətindən aşağı və ya yuxarı qiymətə alınıb-satıldığ zamanı vergiyə cəlb olunan mənfəət fərqli qaydada hesablanacaq.
Maraqlı yeniliklərdən biri odur ki, müəssisənin mənfəətinin təhsilə, idmana, səhiyyəyə və mədəniyyətə ayrılan hissəsi 2019-cu ilin əvvəlindən etibarən 10 il müddətinə mənfəət vergisindən azad ediləcək. Bir şərtlə ki, müəssisə həmin sahələrə pulları nağdsız qaydada ödəsin.
Bundan başqa, səhmdar və ya təsisçi azı 3 il sahib olduğu səhmi və ya payı satdığı halda, əldə etdiyi gəlirlərin 50%-i vergidən azaddır
Maraqlı yeniliklərdən biri ƏDV ödəyicisi olmayan hüquqi şəxslərin təsisçilərinə aiddir. Belə ki, dəyişikliyə əsasən, ƏDV ödəyicisi olmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan yerli müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.
Məcəlləyə edilən digər dəyişikliklər POS-terminalla ödənişlərə aiddir. Dəyişikliyə əsasən pos-terminalla edilən ödənişlər 3 illik müddətə vergidən 25% azad olunur.
© FED