Məlumatlarınızın “Cambridge Analytica”nın əlinə keçib-keçmədiyini necə öyrənmək olar? | Banco.az

Məlumatlarınızın “Cambridge Analytica”nın əlinə keçib-keçmədiyini necə öyrənmək olar?

2013-cü ildə Cambridge Universitetində çalışan psixoloq və data alimi Dr. Alexander Kogan “Facebook” üzərində şəxsiyyətinizi müəyyən edən test nəşr edib. Testdən keçmək istəyən 300 min nəfər isə Alexander Kogana onların şəxsi məlumatlarına giriş imkanı verib. Sonra isə istifadəçilər tətbiqi yükləyib.

Kogan sadəcə məlumatlarına giriş icazəsi verənlərin deyil, icazə verənlərin platformalarındakı daha 87 milyon nəfərin cinsiyyət, yer, siyasi fikirləri, dini inancları, şəxsi mesajlaşmaları, bəyəndikləri veb saytlar və profillərində yer alan ictimaiyyətə açıq informasiyalarına icazəsiz giriş əldə edib.

Kogan bu məlumatları böyük data və davranış üzrə psixoloji analizləri ilə istifadəçilərin seçimlərinə təsir edən və dəyişdirməyə çalışan, 2016-cı ildə ABŞ seçkilərində Trump kampaniyasına milyardlarla dollar fayda verən Robert Mercerə aid “Cambridge Analytica” şirkətinə satıb.

Şirkət bu informasiyalar ilə hər bir fərdə hesablanmış özəl siyasi reklamlar hazırlayıb və onların internet üzərindən insanlara çatmasına şərait yaradıb. Beləliklə, şirkət Donald Trumpun seçki kampaniyası zamanı genişmiqyaslı reklam edə bilib.

“Facebook”un günahı var idi?

Bəli. “Facebook” “Cambridge Analytica”nın icazəsiz əldə edilən şəxsi məlumatları aldığını 2015-ci ildə öyrənə bilmişdi. Şəxsiyyəti müəyyən edən testin keçirilməsini dayandırmış və kompaniyadan informasiyaların silinməsini tələb etmişdi.

Ancaq bu mövzu ilə bağlı adiyyatı rəsmi orqanlara məlumat verməmişdi. Öz istifadəçilərinə xəbərdalıq mesajı göndərməmişdi. Məlumatların aqibətinin necə olduğunu izləməmişdi.

Şəxsi məlumatlarınızın əldə edilib edilmədiyini haradan öyrənə bilərsiniz?

Siz də informasiyalarınızın “Cambridge Analytica”nın əlinə keçib-keçmədiyini buradan öyrənə bilərsiniz. (Siz qeyd etdiyimiz linkə daxil olmaqla, “Facebook” üzərindən hansı 3-cü tərəf tətbiqlərə qoşulduğunuzu öyrənə və istifadə etmədiyiniz tətbiqləri siyahıdan çıxara bilərsiniz. Biz öz şəxsi profilimizdən 28 belə tətbiqi sildik-red.)

Ən sərfəli kredit üçün müraciət et

Bundan sonra nə baş verəcək?

“Facebook”un 33 yaşlı CEO-su Mark Zuckerberg 10 və 11 aprel tarixlərində ABŞ Konqresində ümumilikdə 10 saatdan uzun müddət davam edən Demokratik və Cümhuriyyətçi Senatorlar tərəfindən sorğu-sual edilib.

Sorğu insan hüquqları və şəxsi həyatın toxunulmazlığı, texnologiya sayəsində insanların rahat və müstəqil ünsiyyət bəhanəsi ilə istismar edilməməsi faktı üzərində fokuslanıb. Zuckerberg xətalı olduğunu etiraf edib.

İfadə müddətində isə senatorlar digital media texnologiyalarının potensial bir istismar vasitəsi olaraq istifadə edildiyi və Konqres tərəfindən mövzu ilə bağlı düzəliş və nəzarət mexanizmlərinin hazırlanmasının vacibliyi barəsində həmfikir qalıblar.

Bununla bərabər, ABŞ Konstitusiyasının Birinci Maddəsinə (First Amendment) görə, mütləq ifadə azadlığına zərər vermək və texnoloji inkişafın qarşısına müəyyən maneələr qoymaq daha çox həssas olan ABŞ qanunlarını və baş verən hadisələri ciddi dilemma içində qoyub.

Zuckerberg ciddi sorğu-sual müddətində öz məlumatlarının da eyni müddətdə istismar edildiyini və “Cambridge Analytica”nı məhkəməyə verəcəyini elan edib.

Bu gün şəbəkənin milyonlarla dollar dəyərində cərimə olunacağı şübhəsizdir. Ola bilsin ki, bu məbləğ şirkətin gəlirlərinin 3-5% həcmində olsun.

Facemark.az

Ən sərfəli krediti almaq üçün müraciət et