Məlumat Mərkəzlərimizin xidmət səviyyəsi | Banco.az

Məlumat Mərkəzlərimizin xidmət səviyyəsi

Bankların müştərilərinə təqdim etdiyi əsas xidmətlərdən biri məlumat mərkəzləridir. Demək olar ki, potensial və faktiki müştərilərin hamısı bankların təqdim etdiyi bu xidmətdən istifadə edirlər. Məlumat mərkəzləri bankın məhsul və xidmətləri barədə müştərilərə ətraflı məlumat verməklə məşğuldurlar.

Bəzən Call Center işçiləri öz xoş rəftarları ilə banka rəğbət qazandırsa da, bəzən də verilən sərt cavablar banka olan inamın azalmasına səbəb olur. Məlumat mərkəzinin operativ işləməsi, Məlumatın dolğun verilməsi və xoş rəftar bankın imicinin yüksəlməsinə səbəb olur. 

Bugünkü məqaləmizdə bankların təqdim etdiyi bu xidmət barədə məlumat verəcəyik.

Təqdim etdiyimiz cədvəldə bankların məlumat mərkəzlərinin zəngə cavab vermə müddəti, operativlik, məlumatın dolğunluğu və müştəri məmnuniyyəti  kimi xüsusiyyətləri təqdim olunmuşdur. Meyarlar 5 ballıq sistemlə qiymətləndirilmişdir:

5 - Əla

4 - Yaxşı

3 - Kafi

2 - Qeyri-kafi

Buyurub cədvəllə tanış ola bilərsiniz:

Bank

Cavablandırma
Müddəti

Məlumatın
Dolğunluğu

Operativlik

Müştəri
məmnuniyyəti

Nəticə

AccessBank
*0151

1 dəq.

5

5

5

15

AFB Bank
(012) 565-65-56

1 dəq.

4

5

5

14

AGBank
135

1 dəq.

5

4

5

14

Amrahbank
987

1 dəq.

4

5

5

14

ASB Bank
137

1 dəq.

5

5

5

15

Atabank
136

1 dəq.

5

5

5

15

Atrabank
(012) 441-20-93

1 dəq.

3

4

5

12

Azər-Türk Bank
945

1 dəq.

5

5

5

15

Bank Avrasiya
(012) 598 85 85

1 dəq.

4

4

5

13

Bank of Azerbaijan
175

1 dəq.

5

5

4

14

Bank of Baku
145

1 dəq.

4

5

5

14

Bank Respublika
144

1 dəq.

5

5

4

14

Bank Silk Way
931

6 dəq.

4

2

4

10

Bank Standard
158

1 dəq.

5

5

5

15

Bank Technique
131

1 dəq.

4

5

4

13

Beynəlxalq Bank
937 / *2265

4 dəq.

4

3

4

11

BTB Bank
(012) 499-79-95

2 dəq.

4

2

2

8

Deka Bank
(012) 498-11-48

1 dəq.

3

4

4

11

Dəmirbank
149

1 dəq.

5

5

5

15

Expressbank
132

1 dəq.

5

5

5

15

Kapital Bank
196

1 dəq.

5

5

5

15

Muğanbank
933

1 dəq.

5

3

5

13

NBC Bank
932

1 dəq.

5

4

4

13

Nikoil Bank
981

1 dəq.

5

5

5

15

Parabank
139

1 dəq.

5

5

5

15

Paşa Bank
(012) 496-50-00

1 dəq.

5

5

5

15

Rabitəbank
(133)

1 dəq.

5

5

5

15

Turanbank
935

1 dəq.

5

5

4

14

Unibank
117

1 dəq.

5

5

5

15

VTB Bank
986

1 dəq.

5

5

5

15

Xalq Bank
138

1 dəq.

5

5

5

15

Yapı Kredi Bank Azərbaycan
*0444

1 dəq

5

5

5

15

Zaminbank
(012) 464-14-01

1 dəq.

3

5

4

12

Ən sərfəli kredit üçün müraciət et

Qeyd: Qiymətləndirmə məlumat mərkəzlərinə müştəri qismində zəng edərək və tamamilə obyektiv yanaşma ilə aparılmışdır.

Siz həmçinin, bu keçidə daxil olaraq bankların məlumat mərkəzi və baş ofis nömrələri ilə tanış ola bilərsiniz.

Bəzən zəngə cavab vermə müddəti qısa və ya olduqca uzun çəkə bilər. Bu həmin an banka edilən müraciətlərin sayından asılıdır.

Əgər sizə call center işçisi kimi çalışmaq maraqlıdırsa siz buraya daxil olaraq, bu iş barədə məlumat ala bilərsiniz. 

"Müştəri hər zaman haqlıdır". Lakin unutmaq olmaz ki, Call Center işçiləri də insandır və bu iş olduqca çətindir. Hər bir halda anlayışlı olmaq olar.

Xoş söhbətlər...  :)

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et