Meksika Mərkəzi Bankının faiz qərarı iqtisadçıları təəccübləndirib | Banco.az

Meksika Mərkəzi Bankının faiz qərarı iqtisadçıları təəccübləndirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Meksika Mərkəzi Bankı 50 baza bəndi faiz artımı qərarı ilə böyük təəccüb doğurub.

Banco.az xəbər verir ki, dünən Meksika Mərkəzi Bankı (Banxico) faiz qərarını açıqlayıb. Qubernator Viktoriya Rodrigezin başçılıq etdiyi bank dekabr ayındakı artım tempini davam etdirərək 50 baza bəndi ilə uçot dərəcəsini 11%-ə çatdırıb ki, bu da rekord səviyyə hesab edilir.

Heç bir tanınmış iqtisadçının proqnozlaşdıra bilmədiyi bu qərar ABŞ Federal Ehtiyat Sisteminin (Fed) 25 baza bəndi faiz artımını geridə qoyub.

Qərardan sonra Meksika pesosunun məzənnəsi sürətlə bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, mərkəzi bankın İdarə Heyəti növbəti iclasda artım tempinin yavaşlama ehtimalı olduğunu bildiriblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et