Tamara Mustafayeva, Banco.az
Avstraliyada reklamlarda məhsullarının "Covid-19"dan qoruduğunu iddia edən idman geyim şirkətinə 3.6 milyon dollar cərimə tətbiq edilib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, "Lorna Jane" firması geyim məhsullarında insanları xəstəlik törədən orqanizmlərə (patogen) qarşı qoruyan "LJ Shield" adlı maddədən istifadə edildiyini iddia edib.
Reklamlara istinadla qaldırılanda məhkəmə işində şirkətin sözügedən iddiasının "yanıldıcı, bazara zərər verən və təhlükə potensiallı" olduğuna dair hökm verməklə "Lorna Jane"ə 3.6 milyon dollar pul cəzası tətbiq edib.
Qeyd edək ki, bu reklam kampaniyası "Covid-19"un nəticələri və yayılması ilə bağlı qeyri-müəyyənlik, qorxu və narahatlığın hökm sürdüyü iyul 2020-ci ildə həyata keçirilmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!