Fobes jurnalının 100 iliyi münasibəti ilə banqladeşli iş adamı və Nobel mükafatı laureatı Məhəmməd Yunus xeyirxahlıq haqqında esse yazıb.
Ənənəvi olaraq, kapitalizmin acgözlük üzərində qurulduğu hesab olunur. Amma insanlar təkcə özlərini deyil, digərləri haqqında düşünə bilər. Nəyə görə hamı bu haqa unudur? Hər gün dünyada daha çox sosial yönümlü müəssisələr yaranır, mənfəət dalınca qaçan deyil, vacib məsələlərin həllinə yönələn kompaniyaların sayı hər gün artır.
Belə şirkətlərdə qazanılan mənfəət şirkətin öz fəaliyyətini davam etdirə bilməsinə və öz işini yerinə yetirməsi üçün lazım olan məsrəflərə yönəldilir.
İnvestorlar da etdikləri yatırımdan əlavə heç nə geri almır, əlbəttə ki, qoyulan hədəfə çatmaq həzzindən savayı.
Pul qazanmaq xoşbəxtlikdir. Amma başqalarını xoşbəxt etmək – xoşbəxtliyin kvadratıdır.
Ən sərfəli kredit üçün müraciət et Misal üçün, biz Grameen Shakti şirkətini Banqladeşin kənd ərazilərini elektriklə təmin etmək üçün təsis etdik.
Biz insanlara deyirik: “Bizə bir ay ərzində kerosinə sərf etdiyini pulu verin, biz isə sizə elektrik verək”. Biz pulları dövriyyəyə buraxırıq ki, onları günəş batareyaları ilə işləyən ev sistemi ilə təchiz edək, üç ildən sonra isə bu sistem onların olacaq və onlar daha heç bir ödəniş etməli olmayacaq.
Bizim sayəmizdə 2 milyon kənd evi elektriklə təchiz olunub, bu dünyada ən böyük avtonom enerqosistemdir. Yerli sakinlərin hələ də sevincinin həddi-hüdudu yoxdur. İndi onlar televizora baxa bilər və telefonlarına enerji yükləyə bilərlər.
Bu fikir o qədər uğurlu alınıb ki, indi bizim hətta rəqiblərimiz də var. Biz buna olduqca şadıq. Axı bizim şirkət sadəcə cəmiyyətin ehtiyaclarını yerinə yetirmək istəyir. Rəqiblər isə bizə bu işdə kömək edəcək.