Dünya bazarında neft bahalaşıb | Banco.az

Dünya bazarında neft bahalaşıb

Neftin qiyməti bir gün əvvəl ucuzlaşdıqdan sonra çərşənbə günü səhər mülayim şəkildə yüksəlir.

Banco.az xəbər verir ki,  Londonun ICE Futures birjasnda Brent markalı neftin sentyabr fyuçersləri 0,25 dollar (0,36%) bahalaşaraq bir barel üçün 68,96 dollar olub. Çərşənbə axşamı Brent 0,5 dollar (0,7%) ucuzlaşaraq 68,71 dollar/barelə düşüb.

Bu vaxta qədər Nyu-Yorkun NYMEX əmtəə birjasının elektron hərraclarında WTI markalı neftin avqust fyuçerslərinin qiyməti 0,4 dollar (0,6%) artaraq bir barelə görə 66,92 dollar təşkil edib. Əvvəlki sessiyada müqavilənin qiyməti 0,46 dollar (0,7%) ucuzlaşaraq 66,52 dollar/barel olub.