MedNot layihəsi Sığorta şirkətləri üçün perspektivlər vəd edir | Banco.az

MedNot layihəsi Sığorta şirkətləri üçün perspektivlər vəd edir

“MedNot (elektron tibbi reseptlər, e-health, m-health) layihəsi: Sığorta şirkətləri üçün perspektivlər” mövzusunda görüş keçirilib.

12 noyabr 2015-ci il tarixində Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) ofisində “MedNot (elektron tibbi reseptlər, e-health, m-health) layihəsi: Sığorta şirkətləri üçün perspektivlər” mövzusunda görüş keçirilib. Görüşdə layihənin ideya müəllifi İlqar Tağıyev, kardioloq Elşən Cəfərov, layihənin veb saytının yaradıcısı Cahangir Şəbiyev və 20-yə yaxın tibbi sığorta mütəxəssisi iştirak edib.

İlqar Tağıyev görüş iştirakçılarına “MedNot” layihəsinin məqsədi, tətbiq istiqamətləri, sığortaçılar üçün əhəmiyyətindən bəhs edən təqdimatla çıxış edib.

Ən sərfəli kredit üçün müraciət et

Layihə müəllifinin sözlərinə görə, “MedNot” həkimlərlə xəstələr, o cümlədən apteklərlə dərman şirkətləri arasında əlaqə yaradan veb saytdır. Saytdan qeydiyyatdan keçdikdən sonra əldə olunan kod vasitəsilə mobil telefon və ya kompüter vasitəsilə həkim və ya pasient, həmçinin dərmanlar haqda operativ məlumatlar əldə etmək olacaq. Bundan başqa, sayt vasitəsilə dərman sifarişini sms və ya onlayn şəkildə həyata keçirmək olacaq. Ən əsası isə, saytda dərmanların vahid uçotunu və analizini aparmaq olacaq. Bunun vasitəsilə istifadəçi vaxtı keçmiş və ya vaxtının keçməsinə az qalmış dərmanların siyahısı ilə tanış olmaq mümkün olacaq.

Layihənin sığortaçılar üçün də əhəmiyyəti vardır. Belə ki, saytdakı məlumatları İcbari Tibbi Sığorta, o cümlədən digər sığorta şirkətləri üçün baza kimi istifadə etmək mümkündür.