Banco.az-ın Mərkəzi Banka istinadən verdiyi məlumata əsasən, Azərbaycanda qeyri-rezidentlər və dövlət orqanlarının depozitləri də daxil olmaqla cəmi bank depozitlərinin həcmi 2016-cı il aprel ayının 1-nə 23 121,6 mln. manat təşkil edib.
Depozitlərin həcmi fevralın 1-nə olan göstərici ilə müqayisədə 2%, mart ayının 1-nə olan göstərici ilə müqayisədə isə 9% artım göstərmişdir.
Artım həm manat, həm də dollarla olan depozitlərin həcmində özünü göstərir.
Belə ki, manatla tələb olunanadək depozitlərin həcmi bir ayda 176,3 mln. manat və ya 9% artaraq 2 085,1 mln. manata, manatla müddətli depozitlərin həcmi isə son bir ayda 46,3 mln. manat və ya 2% artaraq 2 316,1 mln. manata çatıb.
Xarici valyutada olan depozitlərin həcmi isə son bir ayda 889,3 mln. manat və ya 19% artaraq 5 574,8 mln. manat təşkil edib. Xarici valyutada müddətli depozitlərin həcmi son bir ayda 724,5 mln. manat və ya 6% artaraq 13 145,7 mln. manata qalxıb.
Mart ayında xarici məcmu depozitlərin həcmində azalma müşahidə olunsa da, aprel ayında artım müşahidə olunur.