MC&S-in media monitorinq qrupu iyul ayının hesabatına yekun vurub | Banco.az

MC&S-in media monitorinq qrupu iyul ayının hesabatına yekun vurub

MC&S-in media monitorinq qrupu  01-31 iyul 2016-cı il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu  10 Televiziya, 55  çap  və  400 online media daxil olmaqla  465-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır. 

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı  hallanan qurumları təqdim edirik.  Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (668 məlumat), sığorta şirkətləri arasında Rəvan Sığorta (190 məlumat),  ali məktəblər arasında BANM(1514 məlumat),  otel və biznes mərkəzləri  arasında  Excelsior Hotel Baku  (168 məlumat) irəlidədir.

MC&S-in media monitorinq qrupunun iyul ayında apardıqları araşdırmalara əsasən, banklar arasında Azərbaycan Beynəlxalq Bank (1616 məlumat) irəlidədir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, daha dolğun nəticələr facebook səhifəsində yerləşdirilib:

https://web.facebook.com/MediaConsultingServices/?ref=aymt_homepage_panel

Hesabatla bağlı daha ətraflı məlumat əldə etmək və almaq istəyən şəxslər  [email protected] ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.   Onu da qeyd edək ki,  PRA şirkətimizin əsas tərəfdaşıdır və bir çox layihələrdə, o cümlədən media- monitorinq üzrə təhlildə əməkdaşlıq edir. 

Media Consulting and Services