McDonalds onlayn mağazasını istifadəyə verdi - Geyimlər və Aksesuarlar | Banco.az

McDonalds onlayn mağazasını istifadəyə verdi - Geyimlər və Aksesuarlar

Əvvəllər şirkət öz brendinə məxsus geyim və aksesuarları yalnız tərəfdaşları vasitəsilə və öz restoranlarında satırdı.

Şirkət “McDonald's” markalı məhsulları satmaq üçün “Golden Arches Unlimited” onlayn mağazasını istifadəyə verdi. Hələlik yalnız ABŞ sakinləri burada sifariş verə bilir. “Golden Arches Unlimited” restoranlar şəbəkəsində mövcud olmayan mövsümi malları satır. Məsələn, qış kolleksiyasında isti papaqlar, bayram dekorları və Yeni il sviterləri var. Brend məhsulların sayı məhduddur, lakin şirkət ehtiyatları artırmağı və yeni məhsullar əlavə etməyi vəd edir. Hal-hazırda onlayn mağazada 28 adda məhsul mövcuddur.

Həmçinin oxu: Dünyada süni ət bazarı genişlənir - Satışlar 250% yüksəlib

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin məlumatlarına əsasən, 1980-ci illərdən bəri “McDonald's” zirehli geyim istehsalı və satışında moda markaları və pərakəndə satış şirkətləri ilə əməkdaşlıq edir. 2017-ci ildə isə özünün məhdud sayda məhsul kolleksiyasını bazara təqdim edib.

Adweek yazır ki, “McDonald's”ın rəqibləri: “Pizza Hut” və “KFC” də öz marka məhsullarını müvafiq olaraq “Hut Swag” və “KFC Ltd” adları ilə satır.

Həmçinin oxu: Reklamlarda emosiya və manipulyasiyalardan necə istifadə olunur?

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et