Müəllif:Ayşən İmanova/Banco.az
Yaponiyadakı "McDonald's" restoranlarının təxminən 30%-i kassa aparatlarının nasazlığı səbəbindən fəaliyyətini dayandırıb.
Banco.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Məlumata görə, bağlanmalar bəzi mağazaların sistemdəki mümkün nasazlığa görə rəsmi proqram vasitəsilə mobil sifarişlərin qəbulunu dayandırmasından sonra baş verib.
Şirkət səbəbin araşdırıldığını və xidmətin nə vaxt bərpa oluna biləcəyinin bəlli olmadığını bildirib.
Qeyd edək ki, hazırda Yaponiyada 3 minə yaxın “McDonald's” restoranı var. Bu şəbəkənin ölkədə ilk restoranı 1971-ci ildə açılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!