Maskın 5,7 milyard dollarlıq ianəsinin öz fonduna keçdiyi məlum olub | Banco.az

Maskın 5,7 milyard dollarlıq ianəsinin öz fonduna keçdiyi məlum olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Məlum olub ki, məşhur milyarder İlon Maskın 2021-ci ilin noyabrında açıqladığı 5,7 milyard dollarlıq səhm ianəsi onun öz fonduna keçib.

Banco.az xəbər verir ki, İlon Maskın 2021-ci ilin sonunda adı açıqlanmayan bir xeyriyyə təşkilatına ianə etdiyini açıqladığı 5,7 milyard dollarlıq “Tesla” səhmlərinin öz xeyriyyə fonduna getdiyi ortaya çıxıb. Bununla da, sözügedən xeyriyyə fondu ABŞ-ın ən böyük qurumlarından birinə çevrilib.

Xarici mətbuatda yazılana görə, Mask Fondunun 2021-ci ilin sonunda 9,4 milyard dollar aktivi var idi. Keçən il fond qeyri-kommersiya təşkilatlarına təxminən 160 milyon dollar göndərib ki, bu rəqəm dünyanın ən zəngin insanına məxsus fondun bir təqvim ilində etdiyi ən böyük ianədir.

Məşhur milyarderin bu dövrdə etdiyi ən böyük ianə 55 milyon dollarla Memfisdə yerləşən St Jude Uşaq Araşdırma Xəstəxanasına çatıb. İkinci yerdə isə Maskın şərikliyə başladığı X Mükafat Fondu gəlir ki, bu fondla 54 milyon dollar dəyərindəki əməkdaşlıq karbondan təmizləmə layihələrinin mükafatlandırılması üçün həyata keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et