Müəllif:Ayşən İmanova/Banco.az
"İnsanlar gələcəkdə telefonlardan istifadəni dayandıracaq, onları “Neuralink” beyin implantları əvəz edəcək".
Banco.az xəbər verir ki, bu barədə İlon Mask “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Belə ki, səhifədə istifadəçilərə ünvanlanan "Ağlınızla idarə etməyə imkan verən "Neuralink" interfeysinin beyninizdə quraşdırılmasını istərdinizmi?" sualına şərh yazan İlon Mask qeyd edib ki, gələcəkdə mobil qurğulara ümumiyyətlə ehtiyac qalmayacaq.
“Gələcəkdə telefonlar olmayacaq, yalnız "Neuralink" , - deyə Mask cavab yazıb.
Bizi sosial şəbəkələrdən izləyin!!