Müəllif:Ayşən İmanova/Banco.az
Amerikalı sahibkar İlon Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampın Amerika PAC seçki kampaniyasına dəstək üçün yeni siyasi komitəyə aylıq təxminən 45 milyon dollar ayırmağı planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, ABŞ-ın keçmiş prezidentinin seçki kampaniyasına dəstək verən siyasi komitəni “Palantir Technologies” şirkəti, eləcə də ABŞ-ın Kanadadakı keçmiş səfiri Kelli Kraft və onun “Alliance Resource Partners” şirkətinə rəhbərlik edən yoldaşı Co Kraft dəstəkləyir.
Qeyd olunub ki, iyun ayında yaradılan yeni komitə yeni seçicilərin qeydiyyatına diqqət yetirəcək və əyalətlərdə erkən səsvermə və poçtla göndərilən bülletenləri təşviq edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!