Hüquqi şəxslərin depozitləri 7% azalıb | Banco.az

Hüquqi şəxslərin depozitləri 7% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin I rübünün sonuna maliyyə sektoru çıxılmaqla depozit portfeli ilin əvvəlinə nəzərən 2% azalaraq 37 mlrd. manat təşkil edib.

Banco.az Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir ki, depozit portfeli illik müqayisədə isə 1,1% artıb.

Məlumata görə, müddətli depozitlər 2% artaraq 16.3 mlrd. manat, cari depozitlərin həcmi isə 5% azalaraq 20.7 mlrd. manat təşkil edib. I rübün sonuna hüquqi şəxslərin cəmi depozitləri 20.1 mlrd. manat (illik 6,9% az) təşkil edib.

Bu dövrdə hüquqi şəxslərin depozitlərində cari hesabların payı 72.3%, müddətli depozitlərin payı isə 27.7% olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram