Mask tarixdə sərvəti 400 milyard dolları keçən ilk şəxs oldu | Banco.az

Mask tarixdə sərvəti 400 milyard dolları keçən ilk şəxs oldu

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikalı sahibkar İlon Mask tarixdə 400 milyard dollardan çox sərvəti olan ilk şəxs olub.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşrin məlumatına görə, onun sərvətinin artmasının ən son katalizatoru “SpaceX” səhmlərinin insayder satışı olub və bunun nəticəsində Maskın xalis sərvəti təxminən 50 milyard dollar artaraq 439,2 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Çərşənbə günü “SpaceX” və onun investorları şirkətin işçilərindən və digər sahiblərindən 1,25 milyard dollar dəyərində səhm almağa razılaşıblar. Kosmik şirkəti təxminən 350 milyard dollar dəyərində qiymətləndirən müqavilə “SpaceX”i dünyanın ən dəyərli özəl startapı edir.

Qeyd olunur ki, Maskın sərvəti 2022-ci ilin sonundan bəri kəskin şəkildə artıb. Lakin Donald Trampın ABŞ prezident seçkilərində qələbəsindən sonra daha da sürətlə böyüyüb - Mask onun ən məşhur siyasi donoru və dəstəkçisi olub. Seçki kampaniyasından sonra “Tesla” səhmləri təxminən 65% artıb