Mask sözünü tutdu və 5000 ədəd Tesla Model 3-ü satışa çıxardı | Banco.az

Mask sözünü tutdu və 5000 ədəd Tesla Model 3-ü satışa çıxardı

İlon Mask söz verdiyi kimi ilk rübün sonunadək Tesla Model 3-ün istehsalını həftə ərzində 5000-ə çatdırmağa nail oldu.

Bu avtomobillərin təhvili cəmi 5 saat gecikmə ilə tamamlandı. İşdə Maskın söz verdiyi kimi texnoloji aparatlardan daha çox əl əməyindən istifadə olundu və digər istehsal sahələrindən insanlar da cəlb olundu.

Detallar

Mask öz işçi heyətinə məktub yazaraq tələbolunan səviyyədə maşının istehsalına nail olduqlarını və növbəti ay bu rəqəmi 6000 edəcəklərini açıqlayıb. “Hal-hazırda həqiqi bir maşın şirkəti olduğumuzu düşünürəm. Digər hədəflər – Həftədə 7000 Model S və Model X istehsal etməkdir.” deyə o, bildirib. Zavodun işçiləri Reutersə verdiyi müsahibədə bu münasibətlə şirkət xüsusi tədbirlər də təşkil edib.

Şirkət qarşıya qoyduğu məqsədi həyata keçirmək üçün gücləndirilmiş iş rejimi ilə məşğul olub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bu ilin yanvar ayında Mask iyulun ilk həftəsində 5000 Tesla Model 3 avtomobilini təhvil verəcəyini bildirmişdi. İş vaxtında təhvil verilsə də buna qədər Tesla bəzi problemlərlə üzləşdi. Belə ki, bu ilin aprel ayında şirkətin səhmlərində 35%-dək azalma müşahidə olundu. İyun ayının 29-da isə səhmlərin qiyməti 40% qədər yüksəldi.

2018-ci ilin ilk rübündə Tesla bazara az sayda Model 3 çıxardı. Bu elektriklə model Amerikada ən çox satılan maşın oldu. Təxminən yarım milyon insan bu modeldən əldə etmək üçün öncədən ödənişlər etdilər. Təhvil vaxtının bitməsinə az qalmış heç kim şirkətin bu qədər sifarişi çatdıracağına inanmasa da Mask bunu bacaracaqlarını bildirdi və sözünü tutaraq 5000 ədəd Tesla Model 3 təqdim etdi. Bundan əlavə Tesla özünü bir şirkət kimi beynəlxalq arena da təstiqləmiş oldu. Bundan əlavə Goldman Sachs mart-iyun ayında gözlənəndən daha az olduğunu vurğulasa da öz növbəsində Mask öz işçilərinə məktub yazaraq analitiklərin yanılacağını söz vermişdi.

Nəcibə Yusifova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et