"Marsın bütün Yerli sakinlərinin iş tapa biləcəyi şəhər salınacaq" | Banco.az

"Marsın bütün Yerli sakinlərinin iş tapa biləcəyi şəhər salınacaq"

“SpaceX”in qurucusu Elon Mask 2050-ci ilə qədər 1 milyon insanın Marsa daşınması planının təfərrüatlarını ortaya çıxartdı. Onlar üçün qırmızı planetdə “çoxlu iş olacaq” şəhər salacağını bildirdi.

Bu sayda insanın daşınması üçün Mask “SpaceX”in sentyabr ayında prototipini təqdim etdiyi 1118 metrlik Starship planetlərarası kosmik gəmi istehsal etməyi planlaşdırır. Bir kosmik gəmi 100 nəfəri daşıya biləcək. Müqayisə üçün xatırladaq ki, şirkətin ilk idarə olunan “Crew Dragon” kosmik gəmisinin ekipajı 4 nəfərdən ibarət idi. “Starship”in birinci sınaq orbital uçuşu, Maskın bildirdiyinə görə, 2020-ci ildə — “iki-üç ay sonra” həyata keçiriləcək.

“SpaceX”in qurucusu Mars koloniyasının əhalisini o zaman göndərməyə başlayacaq ki, bir “Starship”in buraxılması xərcini 2 milyon dollara çatdıracaq və ona biletləri əlçatan edəcək. Bundan sonra o, bir il ərzində 100 belə gəmini Texasdakı kosmodromdan göndərməyi planlaşdırır.

Həmçinin oxu: “Marsda koloniya yaradılmasına 20 il vaxt və min Starship gəmisi lazımdır”

Gəmilər Marsa il boyu fasiləsiz yola düşməyəcək. Ancaq 30 günlük “pəncərələr” zamanı, yəni Yer və Marsın orbitləri bir-birinə maksimum yaxın olduğu dövrlərdə kosmik gəmilər qırmızı planetə göndəriləcək. Bu hadisə hər 26 aydan bir baş verir, odur ki, hər gün ən azı üç raket sərnişin yola düşməli olacaq. Koloniya üçün sakinlərdən əlavə tikinti materialları və avadanlıqlar da göndərilməlidir. İnsanlarla birlikdə hər raketdə 100 ton yük də daşınılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Mask hesab edir ki, bu templə davam etsələr, koloniyanın əhalisi 10 il ərzində formalaşacaq. Baxmayaraq ki, bir neçə ay əvvəl Marsda məskunlaşmanın ilk mərhələsinin 20 il sonra başlayacağını proqnozlaşdırmışdı.

Həmçinin oxu: Milyarder “sosial sınaq” çərçivəsində abunəçilərinə 9 milyon dollar verir

Marsın müstəmləkəçiliyinə dair planlarını həyata keçirmək üçün biznesmen Yer kürəsində ehtiyat toplayır. Beləliklə, yanvar ayının ortalarında “Tesla” elektromobillərinin istehsalçısı dünya tarixində Amerika avtomobil seqmentində ən bahalı şirkət oldu: Kapitallaşması 81,3 milyard dolları keçdi.

Nigar Umaxanlı , Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et