Mark Zükerberqdən 10 maraqlı fikir | Banco.az

Mark Zükerberqdən 10 maraqlı fikir

 “Facebook”un yaradıcısı Mark Zükerberqin müxtəlif vaxtlarda dediyi ən maraqlı fikirləri təqdim edirik:

1- Sürətlə hərəkət edin və nəyisə korlayın. Nəyisə xarab etmirsinizsə, deməli, lazımi qədər sürətli deyilsiniz.

2- Əgər indi başlasaydım işlərimi daha fərqli görərdim. Silikon vadisində yaşayanda bacarmaq üçün “mütləq burada olmalıyam” kimi hisslərə qapılırsınız. Amma yaşanacaq tək yer bura deyil. Əgər bu gün başlasaydım, Bostonda qalardım.

3- Yadıma gəlir, “Facebook”un ilk versiyasını yayımlayandan sonra dostlarımla pizza yeyirdik və “Kimsə həqiqətən belə bir xidmət təqdim etməli idi” deyə düşünmüşdük.  Amma o adamların biz olacağını ağlımıza gətirməmişdik.

4- Sual “insanlar haqqında nə bilmək istəyirik?” deyil, “insanlar özləri haqqında nə izah etmək istəyir?”dir.

5- Ən böyük risk heç riskə getməməkdir. Sürətlə dəyişən dünyada müvəffəqiyyətsiz olacağına əmin olduğum tək şey riskə getməməkdir.

Ən sərfəli kredit üçün müraciət et

6- İnsanın məqsədi olmalıdır və iş qurmaq prosesi tək yox, birlikdə olmalıdır. Məni həyəcanlandıran şeyin sadəcə məqsəd olduğu düzdür, amma lap əvvəldən hər ikisinin bir-birilə vəhdətdə olduğunu bilirdik.

7- “Hakerin tərzi” deyilən anlayış var. Onlar bir şeyin heç vaxt tam olaraq bitmədiyini və hər zaman daha yaxşısı ola biləcəyinə inanırlar.

8- İnsanlar çox ağıllı və ya çox qabiliyyətli ola bilərlər, lakin bu bacarıqlarına inanmırlarsa işləyə bilməyəcəklər.

9- “Facebook”un Amerika şirkəti olmasını, Amerika dəyərlərini bütün dünyaya yaymasını istəmirəm.

10- Məqsədim heç vaxt şirkət qurmaq olmayıb. Bir çox insan sadəcə maddiyyatı fikirləşdiyimi düşünür, lakin bu səhvdir. “Sadəcə şirkət olmamaq” mənə görə dünyanı dəyişdirəcək qədər böyük bir şey etmək deməkdir.