Mark Zuckerberqin saxta videosu sosial mediada səs-küyə səbəb oldu - VİDEO | Banco.az

Mark Zuckerberqin saxta videosu sosial mediada səs-küyə səbəb oldu - VİDEO

“Instagram”da Mark Zuckerberq ilə bağlı yayılan video sosial mediada böyük səs-küyə səbəb olub.

Adıçəkilən video süni zəka texnologiyaları ilə hazırlanıb.

Videoda Zuckerberq “Facebook” istifadəçilərinin şəxsi məlumatlarını əldə etməklə lovğalanır. Ancaq qısa bir müddət içərisində sosial media platformalarında yayılan bu videodakı qəribəlik hiss olunub. Belə ki, səs, Zuckerberqin səsi ilə bir az fərqli olub. Amma bununla belə bu şübhə videonun sosial media platformalarında yayılmasına mane olmayıb.

Zuckerberq videoda “Milyardlarla insanın məlumatlarını əldə edən, həyatlarını, bütün sirrlərini, gələcək həyatlarını nəzarətdə saxlayan bir adamam. Bunu bir saniyə də olsa düşünün”.- deyir.

Ən sərfəli kredit üçün müraciət et

Videoda bir başqa qəribəlik isə Zuckerberqin “Hamısını Spectreyə borcluyam. Spectre mənə məlumatları nəzarətdə saxlayanın, gələcəyi idarə etməyi öyrətdi” sözləri olub. Bəs “Spectre” nədir? Zuckerberq niyə belə bir açıqlama etsin?

Daha sonra məlum olub ki, “Spectre” bir layihə adıdır. 

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et