Mark Zuckerberg haqqında gözlənilməz 20 fakt | Banco.az

Mark Zuckerberg haqqında gözlənilməz 20 fakt

Zukerbergin cəmi 33 yaşı var.  O dünyanın ən böyük sosial şəbəkəsini – Facebooku yaradıb və ona rəhbərlik edir. Onun sərvətinin miqdarı 56 milyard dollar həcmində qiymətləndirilir, bu pulların böyük bir qismini o xeyriyyəçiliyə sərf etmək niyyətindədir. Banco.az sizə çoxlarının Zukerberg ilə bağlı bilmədiyi faktları təqdim edir.

1. O, diş həkimi olan atası üçün proqram yazıb

Markın 12 yaşı tamam olanda, o, ZuckNet adlı messencer yaradıb. Proqram onun stomatoloq atasına imkan verirdi ki, pasientlərin gəlişindən xəbər tutsun.

2. O, Microsoft-da işləyə bilərdi

Kollecdə olarkən Mark musiqi dinləmək üçün Synapse Media Player tətbiqini düzəldir, tətbiq istənilən mahnıları izləyib, playlist hazırlayırdı. Microsoft tətbiqi almaq istəsə də, Zukerberg və onun dostu satışdan imtina edir.

3. Onun qeyri adi zövqü var

Sevimli kitablarından biri “Eneida” adlanır, bu poema bizim eradan əvvəl 29-19-cu əsrlərdə yazılıb. Bundan əlavə o, The West Wing («Qərb cinahı») serialını izləməyi sevir, serialda ABŞ prezidentinin uydurma komandasının işlərindən bəhs olunur. Yeri gəlmişlən onun yaradıcısı, Aaron Sorkin həm də “Sosial şəbəkə”(facebook-un yaranmasından bəhs edən) filminin ssenari müəllifidir.

4. O, idmanla məşğul olmağı sevir

2016-cı ildə o, qaşısına il ərzində 365 mil (587,4 km) qaçmağı hədəf qoymuşdur. Artıq yayın artasında o qoyduğu hədəfə nail olmuşdu.

5. O, boş yerə pul sərf etmir

Zukerbergin böyük evi var, həmin evdə Morqan Frimanın səsini yamsılayan robot xidmətçi fəaliyyət göstərir. Amma bu evi tapmaq üçün Mark heç də bahalı rieltor xidmətlərindən istifadə etməyib, əksinə Craigslist saytında verilən mülk elanlarını özü araşdırıb.

6. Daltonikdir

Mark bütün rəngləri yaxşı seçə bilmir, o qırmızı və yaşıl rəngləri qarışdırır. Məhz bu səbəbdən Facebook üçün Markın yaxşı fərqləndirə bildiyi göy rəng seçilib.

7. O proqramlaşdırmada heç də həmişə dahi olmayıb

Mark proqramlaşmanı “C++ For Dummies” seriyasından olan kitablardan öyrənib.

8. Onun xarici dillərə marağı var. 

Qədim dillər həmişə onu maraqlandırıb, misal üçün latın dili. Bundan əlavə o, çin dilində danışa bilir.

9. Onun itinin də Facebook səhifəsi var.

Onun  Beast (Heyvan) adlı iti macar  ovçarkasıdır. İtin şəxsi FB səhifəsi var, səhifənin izləyicilərinin sayı 2,7 mln-dan çoxdur. Lazım olsa ona mesaj yazmaq mümkündür.

10. O dəfələrlə Facebooku satmaqdan imtina edib

Bir çox nəhənglər sosial şəbəkə birjaya çıxmazdan öncə onu almağa cəhd ediblər. Təklif ilə NewsCorp, MySpace, Viacom, Yahoo, NBC, Microsoft, Google və digərləri müraciət edib. Mark hər kəsə imtina edib.

Ən sərfəli kredit üçün müraciət et

11. O, öz gələcək həyat yoldaşı ilə tualet üçün növbədə tanış olub

Harvard universitetində tələbə qardaşlığı çün əyləncəli gecə təşkil olunub. İlk dəfə Mark öz gələcək həyat yoldaşı Prissila Çanı həmin gecədə tualet növbəsində görüb.

12. O, Stiv Jobs pərəstişkarıdır.

Apple-ın idarəetmə tərzi həmişə Markı ruhlandırıb. Onun ilk vizit kartlarında “Mən baş direktoram, ....” yazılırmış.

13. O, ortaboyludur

Bir çox fotolarda Mark hündür görünsə də, əslində onun boyu 173 sm-dir. 

14. Onun Tvitter hesabı da var.  

Bəli Markın Tvitterdə profili var, 2009-2012-ci illər ərzində o cəmi 19 tvit paylaşıb, amma buna rəğmən onun 435 min izləyicisi var.

 15. O, Eynşteyn və Pikassoya heyrandır.

Mark Albert Eynşteyndən sitat gətirməyi sevir. “Hər şeyi mümkün olduğu qədər sadələşdirmək lazımdır, amma ondan o tərəfə yox”. Pikassodan gətirdiyi sevimli sitat isə budur: “ Bütün uşaqlar rəssamdır. Probləm böyüyəndə də rəssam qala bilməkdir”.

16. Zukerberqin özünün səhifəsini isə 12 nəfər idarə edir.

Markın səhifəsinin idarəedilməsi ilə bütöv bir mütəxəssis komandası məşğul olur. Onlar tədbirlər ilə bağlı paylaşımlara və kommentlərə nəzarət edir, mütəmadi olaraq  şəkillər paylaşırlar.

17. O, öz şəxsi həyatını gizlətməyə çalışır.

2014-cü ildə Mark Havay adalarında 100 milyon dollara torpaq sahasi alıb. 2,8 kv km sahədə o, ev tikməyi planlaşdırır. Palo-Altoda yerləşən  evin ətrafındakı evləri və torpaq sahələrini də aldığı söylənilir, bununla o, qonşulardan uzaq olmağa çalışır.

18. Onun paltarları göründüyündən daha bahadır.

Hər kəs bilir ki, Zukerberg  boz futbolkalarda, iri Nike idman çəkmələrində, cinslərdə gəzir. O, vaxtını geyim seçiminə sərf etməyi sevmir, qənaət etdiyi vaxtı daha vacib, iş və xeyriyyəçilik ilə bağlı qərarlar üçün ayırır. Amma hər şey göründüyü qədər sadə deyil. İtalyan dizayner Brunello Kuçinellinin sözlərinə əsasən, Markın futbolkalarının dəyəri 300-400 dollar arasında dəyişir.

19. O, Vin Diesel ilə dostluq edir 

New York Times ilə müsahibəsi zamanı Vin Diesel bu dostluq haqqında bəsh edib.  Onlar iki ilə yaxın Facebook vasitəsi ilə yazışıblar, 2016-cı ilin dekabrında Mark məşhur aktyordan 15 dəqiqəlik müsahibə alıb. Sosial şəbəkənin qurucusunun heyranlıqla dolu baxışları həmin dövrdə məşhur “mem”ə çevrilmişdir.

20. Onun facebook səhifəsini blok etmək mümkündür

Əvvəllər Markın hesabını blok etməyə çalışanda, “səhv ilə bağlı məlumat”  pəncərəsi açılırdı və onu blok etmək mümkün olmurdu. Indi isə bu maneə aradan qalxıb və onu rahatca blok edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et