Manatın məzənnəsi dəyişəcək | Banco.az

Manatın məzənnəsi dəyişəcək

Manatın məzənnəsi yeni "üzən məzənnə" siyasətinə uyğun müəyyənləşdiriləcək.

Tezliklə Azərbaycanda manatın məzənnəsi yeni "üzən məzənnə" siyasətinə uyğun həyata keçiriləcək. 

ANS PRESS-in məlumatına görə maliyyə naziri Samir Şərifov qeyd edib ki, hazırda Azərbaycanda da bunun tətbiqi ilə bağlı işlər aparılır.Onun sözlərinə görə artıq bir çox ölkələr üzən məzənnə siyasətinə keçiblər.

“Qazaxıstan artıq bunu elan edib. Bu gün bu məsələyə cavab vermək bir az tez olar. Amma mənim fikrimcə, hal-hazırda Mərkəzi Bank bu istiqamətdə müvafiq iş aparır. Hesab edirəm ki, optimal bir variant tapılıb və tətbiq olunacaq.” 

Üzən məzənnə rejiminin mahiyyəti odur ki, tətbiq edildiyi zaman valyutanın məzənnəsi ona olan tələb və təklifin təsiri əsasında formalaşır, hər gün və tez-tez dəyişir. Müstəsna hallarda Mərkəzi Bank məzənnənin kəskin tərəddüdlərinin qarşısını almaq məqsədilə valyuta bazarına müdaxilə edib məzənnə dəyişikliyini “hamarlaya” bilər.

İqtisadçı ekspert Nicat Hacızadənin fikirincə, qarşıdakı beş il ərzində “üzən məzənnə” siyasətinə keçid Azərbaycan üçün mənfi nəticələrə gətirib çıxara bilər. “Bu məzənnə siyasətinə keçid zamanı valyuta inzibatı yolla deyil, tələb-təklif əsasında nizamlanacaq. Yəni ki bir dollar bəzən iki manat, bəzən isə bir manat ola bilər. Belə olan hada Mərkəzi Bank manat üzərində nəzarəti itirəcək.” 



Nicat Hacızadə - İqtisadçı 

İqtisadçının sözlərinə görə, bu məzənnə siyasətinə keçiddən sonra manatın dəyəri bir qədərdə düşə bilər. Bu isə dövlət borcunun artmasına və kreditlərlə bağlı problemlərin yaranmasına səbəb olar. 

“Üzən məzənnə” artıq Avropada və ABŞ -da tətbiq edilir. Məlumdur ki, bu yaxınlarda Qazaxıstan höküməti də “üzən məzənnə” siyasətinə keçid edib. Bu keçidlə əlaqədar ölkənin bank və maliyyə sektorunda bir sıra problemlər yaranıb. 



İqtisadçının sözələrinə görə, Qazaxıstan höküməti bu problemlərin yaranacağını əvvəlcədən bildiyi üçün qabaqlayıcı tədbirlərlə çatışmazlıqları tez bir zamanda aradan qaldırdı. 

Qazaxıstan prezidentinin xüsusi göstərişi ilə sahibkarlar və banklar üçün yaranan əlavə xərcləri hökümət öz üzərinə götürdü. Ona görə Azərbaycanda da “üzən məzənnə” siyasətinə keçidlə əlaqədar təkliflərlə yanaşı yaranacaq problemlərin arada qaldırıması üçün çıxış yolları da əvvəlcədən müəyyənləşdirilməlidir.” 

Ümumiyyətlə son vaxtlar regionun bir çox dövlətlərində milli valyutalarla bağlı problemlər yaşanır. Qazaxıstan üzən valyuta rejiminə keçid edir, Rusiyada rubl, Türkiyədə lirə,Gürcüstanda isə lari dollar qarşısında dəyərini itirir. İranda 2013-2015-ci illərdə milli valyuta 113 faiz aşağı düşdü, Avro 25-% və Norveç milli valyutası 34-% dəyərini itirdi.

Dünyanın maliyyə bazarlarına baş verən proseslər Azərbaycanında valyuta sisteminə təsirsiz ötüşmür. Bu ilin fevralın 21-də manatın dollar qarşısında 34 faizə yaxın ucuzlaşması baş verdi.

Devalvasiyanın baş verməsi Azərbaycanda maliyyə və bank sektorunda bir çox problemlərin yaranmasına səbəb oldu. Amma Maliyyə naziri Samir Şərifov Azərbaycanda ikinci devalvasıyanın olacağını istisna etməyib. 

“Hal-hazırda biz hesab edirik ki, tədiyyə balansımızda o qədər böyük problemlər mövcud deyil və hesab edirəm ki, manatın məzənnəsində, indiki durumda, böyük risklər gözlənilmir. Lakin yenə də deyirəm, bazar iqtisadiyyatının əsas prinsipi ondan ibarətdir ki, bazarda baş verən proseslər daim nəzərdən keçirilməlidir və heç kəs heç vaxt deyə bilməz ki, hansısa valyuta sabit olaraq qalacaq.” 


Samir Şərifov - Maliyyə naziri


Bir müddət əvvəl də Asiya inkişaf bankının açıqladığı “Asian Development Outlook”hesabatına dair yeniləməsində Azərbaycanda manatın ikinci dəfə devalvasiyası ilə bağlı proqnozlar verilib. 

Hesabatda verilən proqnozlara görə, gələn il Azərbaycanda ıümümi daxili məhsulun (ÜDM)artım tempində geriləmə müşahidə olunacaq. Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda 2015-ci ildə ÜDM-in artımının 3,0%, 2016-cı ildə isə 2,8% olacağını proqnoz edir.


Diaqram Asiya inkişaf bankının proqnozları əsasında qurulub


Bir müddət əvvəl isə Mərkəzi Bankın sədri Elman Rüstəmov ANS TV-yə müsahibəsində bildirib ki, qarşıdakı 4 ildə Azərbaycan manatının dollar və avroya nisbətdə orta illik məzənnəsinin sabit qalacaq. 

Mərkəzi Bankın sədri narahatlığa əsas görmüyüb: “Valyuta bazarında sakitlik hökm sürür. Narahatçılıq üçün bugün heç bir əsas yoxdur”.


Elman Rüstəmov-Mərkəzi Bankın sədri 

Fevralın 21-də də baş verən devalvasiyadan 3 gün əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov əhalinin narahatlığına heç bir səbəb olmadığını qeyd etsə də, bunun əksi baş verdi. 

 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et