Manatı xilas etməyin yolları - ekspert rəyi | Banco.az

Manatı xilas etməyin yolları - ekspert rəyi

“Neft "oyun" oynayır və bu oyun göstərir ki, onun hasilatı və satışı, daha doğrusu təklifi və tələbi üzərində artıq, bu sahədə əsas diqtə sahibləri də deyəsən, nəzarəti itiriblər” – iqtisadçı ekspert Pərviz Heydərov neftin qiymətinin yenidən düşməsi ilə bağlı öz fikirlərini oxucular ilə paylaşıb

“Neftin dünya bazar qiymətləri yenidən ucuzlaşmağa başlayıb. Bu ilin fevral və aprel aylarında isə keçən ilin iyun ayından başlanan ucuzlaşma prosesi sabitləşmişdi. Və buna nəzərən hətta bizdə də optimist fikir yaranmışdı ki, kəskin ucuzlaşma artıq, arxada qaldı. Lakin görünür, neftlə bağlı hava proqnozu kimi 1 həftədən sonra barədə dəqiq fikir irəli sürmək mümkün də deyil və buna çalışmaq da düzgün deyil.” – ekspert bildirib.

Neft "oyun" oynayır və bu oyun göstərir ki, onun hasilatı və satışı, daha doğrusu təklifi və tələbi üzərində artıq, bu sahədə əsas diqtə sahibləri də deyəsən, nəzarəti itiriblər. Əgər, bu dəqiqdirsə, çox təhlükəli tendensiyadır.

Hazırda neftin qiymətinin 50 dollardan aşağı düşdüyünü söyləyən ekspert, qiymətin 40 dollara və bundan da aşağı düşə bilməsi ehtimalları haqqında da danışıb:

Vaxt olub ki, qiymətlər 30 və jətta 20 dollardan da aşağı səviyyədə olub. Lakin dünya iqtisadiyyatının həmin vaxtları çoxdan arxada qalmışdır. Belə ki, neftin qiymətinin ucuzlaşmasının hazırda psixoloji həddi 50 dollardan aşağı hesab olunursa, 40 dollar və ondan aşağı düşərsə fəlakət demək olacaq.

Məsələn, 1984-cü ildə 6 ay ərzində 30 % ucuzlaşma halı baş vermişdir. Sonrakı illərdə - 1985-86-da 1 barel neft 10 dollara qədər belə düşmüşdü. Və yaxud, çox uzağa getməyək, 2008-ci ildə 146 dollardan birdən-birə 36 dollara endi. 2014-cü ilin iyun ayından başlanan sonuncu ucuzlaşmanın fərqi isə ondan ibarətdir ki, bu dəfə proses tədricən və uzunmüddətli davam edir. Bu isə daha təsiredicidir. O səbəbdən ki, yəni, kəskin və qısamüddətli ağrıya dözmək olsa da, uzunmüddətli ağrı orqanizmi haldan salır. Və bu mənada, büdcəsi neftdən asılı olan ölkələr bu dəfə lap, təngə düşüblər.

Bəs, bu proses nəylə nəticələnə bilər və yaxud nəticələnəcək?

Yuxarıda qeyd etdik ki, neft "oyun" oynayır. Və bu oyun belə göstərir ki, onun hasilatı və satışı - təklifi ilə tələbi üzərində artıq, bu sahədə əsas diqtə sahibləri nəzarəti itiriblər. Başqa sözlə desək, neftin qiymətinin ucuzlaşması bir növ bumeranqa çevrilib.

Ən sərfəli kredit üçün müraciət et

Belə ki, iri neft hasilatçısı olan şirkətlər sürətlə zərərə gedirlər. Amerikanın ən böyük və ən zəngin neft şirkəti olan Exxon Mobil Corp. mənfəəti ikinci rübdə 52 % aşağı düşüb. Chevron şirkətinin mənfəəti II rübdə kəskin azalıb – şirkət aşağı neft qiymətləri fonunda 2 milyard dollarlıq aktivlərin silinməsi və layihələrin kecikməsi ilə bağlı xərclərinin artması ilə üzləşib. İlin birinci yarısında Britaniyanın neft və qaz nəhəngi BP Plc şirkətinin xalis zərəri bir il əvvəlki $ 6,89 milyarda qarşı 3,22 milyard dollar təşkil edib. Bu siyahını uzatmaq da olar.

Məlumdur ki, ABŞ dünya neft bazarların bir nömrəli söz sahibidir. Bu ölkədə çıxarılan şist neftinin özü ilin əvvəlindən bəridir zərərlə başa gəlir. Çıxarılanın maya dəyəri ödənilmir, üstəlik əlavə investisiyalar həyata keçirmək mümkün sayılmır. Odur ki, biz, yenə təkrar edirik ki, neftin qiymətinin 50 dollardan aşağı düşməsini heç də iqtisadi faktorlarla izah etmək olmaz.

Sözün qısası, neftin qiymətinin ucuzlaşmasının bir "döşəmə" həddi var. Və inandırıcı deyil ki, o, 40 dollardan da aşağı düşsün.. Bazara lap, İran da girsə hasilatın xərci var. Şərhlərimizin birində də qeyd etmişdik ki, neft ağacda yetişən meyvə deyil ki, dərib vedrəyə yığaraq bazara çıxardasan.. Maya dəyərdən əlavə, istehsalı saxlamaq və genişləndirmək üçün vəsait lazımdır.

Bu mənada, Azərbaycan üçün ciddi təşvişə düşməyə dəyməz. Ölkəmizdə neft hasilatı SOCAR-a 12-15 dollara başa gəlir. Sadəcə, xərcləri düzgün təşkil etmək lazımdır. Onsuz da bizdə neft hasilatı enir. Odur ki, yeni hasilat üçün ölkəmizdə də müvafiq investisyalara ehtiyac var. Lakin neft hasilatının real vəziyyəti üçün dünya bazar qiymətləri təhlükə törətmir.

Ekspert bildirir ki, ən əsas məsələ,  manatın neftə bağlılığı faktorundan yaxa qutarmaqdır. Bunun üçün isə qeyri-neft sektorunun inkişaf etdirilməsi vaxt aparacaq. Hələliksə, iqtisadiyyatın əsas sektorları və xüsusən də aparıcı subyektləri üzrə mövcud qeyri-leqal gəlir və dövriyyə mənbələrinə qarşı "müharibəyə" başlamaq lazımdır. AZAL, Dəmir Yolları, Xəzər Dəniz Gəmiçiliyi, Azərenerji kimi qurumlarda və digər sahələrdə "qara qızıldan" qiymətli gəlir mənbələri var və hətta tam gücü ilə "işlək" vəziyyətdədir.

Manatı yaxın perespektivdə xilas etməyin birinci yolu dövlət büdcəsindən yayınan gəlir mənbələrini və dövriyyəni məhz üzə çıxarmaqdan keçir.

Ən sərfəli krediti almaq üçün müraciət et