Maliyyə planı nədir? | Banco.az

Maliyyə planı nədir?

Maliyyə Planı cari və gələcək maliyyə vəziyyətinin hərtərəfli qiymətləndirilməsidir. Bu, cari göstəricilərdən istifadə etməklə gələcək pul axınları, aktivlərin dəyəri və xərclərin proqnozlaşdırılmasıdır.

Bir çox individual şəxslər də vergi öhdəlikləri, aktivlərin yerləşdirilməsi, gələcək təqaüd və əmlakın qiymətləndirilməsi və bu kimi maliyyə mövzularında maliyyə planlaşdırıcılarının köməyindən istifadə edirlər.

Maliyyə planı gələcəkdə mövcud olacaq xərcləri müəyyən etmək və buna qarşı atılacaq addımları təyin etmək üçün önəmlidir.

Maliyyə planının əsas məqsədi bunlardır:

Maliyyə məqsədləri. Şəxslərin və ailələrin maliyyə planlarını onların maliyyə hədəfləri müəyyən edir. Bu maliyyə hədəflərinə təhsil haqqının toplanması, daha böyük mənzilin alınması, yeni biznesə başlanbması və s. planlar daxildir.

Şəxsi xalis dəyər hesabatı. Aktivlərin və öhdəliklərin maliyyə hədəflərinə uyğun müqayisəsi.

Ən sərfəli kredit üçün müraciət et

Pul axınlarının analizi. Gəlir və xərc planları borc ödəmələri, yığım və investisiyanın həcmini müəyyən edir.

Təqaüd strategiyası. Bu plana tələb olunan təqaüdlərin toplanması və onun planlanan həyat dövründə bölgüsü daxildir.

Risklərin idarəedilməsi planı.  Buraya bütün risklərin müəyyən edilməsi və mümkün itkilərə qarşı qoruyucu tədbirlərin həyata keçirilməsi daxildir. Risklərin idarəedilməsi planına müxtəlif növ sığortalar daxildir.

Uzunmüddətli investisiya planı. Bu plana investisiya obyektlərini və onun risklərini müəyyən etmək və aktivləri yerləşdirmək daxildir.

Vergilərin minimallaşdırılması strategiyası. Bu zaman vergilərin minimuma endirilməsi üçün qanuni yollar müəyyən edilir.

Əmlak planı. Əmlakın qorunması və ona görə vergilərin minimallaşdırılması tədbirləri müəyyən edilir.