Maliyyə Palatasının rəhbərliyi Dünya Bankının nümayəndə heyətini qəbul edib | Banco.az

Maliyyə Palatasının rəhbərliyi Dünya Bankının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi Dünya Bankının Cənubi Qafqaz, Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru MersiTembonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı  Dünya Bankının və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə həyata keçirdiyi maliyyə sektorunun müasirləşdirilməsi layihəsinin ikinci fazası çərçivəsində görülmüş işlər,əldə olunmuş nailiyyətlər və qarşıda duran hədəflər barədə geniş müzakirələr aparıldı.

MersiTembon Palatanın qısamüddətli fəaliyyəti dövründə təşkilatlanması və maliyyə sektorununsağlamlaşdırılması istiqamətindəhəyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdiyinivə bundan sonra da Dünya Bankı qrupu tərəfindən zəruri dəstəyin göstəriləcəyini bildirdi.

Ən sərfəli kredit üçün müraciət et

Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı dəstəyə görəMersiTemboya təşəkkür etdi və qarşılıqlı faydalı əməkdaşlığın davam edəcəyinə ümid etdiyini vurğuladı.

Görüş iştirakçıları Dünya Bankının Azərbaycanda mövcud və gələcək fəaliyyət istiqamətləri, xüsusilə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əməkdaşlığın perspektivləri barədə danışdılar.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az[email protected] ünvanına müraciət edə bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et