9 iyun 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105010786 ISIN-li, 25 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 92.4215 AZN (14.5%) və 101.1072 AZN (9,38%) olan 21 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN (10.0000%), orta ölçülmüş qiyməti 100.3572 (9.799%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 48,925,400.00 AZN yerləşdirilmiş həcmi isə 25 mln. manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 7 iyun 2022-ci il.
Hərrac iştirakçıları 10 iyun 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!