Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib | Banco.az

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

05 fevral 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105003781 ISIN-li, 15 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 95.5155  AZN (9.0000%) və 103.77 AZN (4.5076%) olan 20 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 102.1731 AZN  (5.3399%), orta ölçülmüş qiyməti 102.3171 AZN (5.2642%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 70,679,600.00 AZN yerləşdirilmiş həcmi isə 15 mln. manat təşkil edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

İstiqrazların ödəmə tarixi  1 fevral 2022-ci  il.

Hərrac iştirakçıları 6 fevral 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Ən sərfəli krediti almaq üçün müraciət et