Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib | Banco.az

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

4 avqust 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105014788 ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 95.6438  AZN (11.4999%) və 100.4500 (8.7498%) olan 20 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.1077  (8.9400%), orta ölçülmüş qiyməti 100.1384 (8.9229%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği  90,094,100.00 AZN yerləşdirilmiş həcmi isə 30 mln. manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  2 avqust 2022-ci  il.

Hərrac iştirakçıları 5 avqust 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et