Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib | Banco.az

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

14 iyul 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104007775 ISIN-li, 30,000,000 manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 89.2857 AZN (12.0661%) və 93.085 AZN (7.4696%) olan 23 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.6474 AZN (7.9798%), orta ölçülmüş qiyməti 92.6945 AZN (7.9246%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 122,959,400.00 AZN yerləşdirilmiş həcmi isə 45,000,000 manat təşkil edilmişdir. Buraxılış şərtinə* uyğun olaraq, tələb təklifi üstələdiyi üçün Emitent buraxılış həcmindən əlavə 50% (15 mln) artığını təmin etmişdir

İstiqrazların ödəmə tarixi  13 iyul 2021-ci  il.

Hərrac iştirakçıları 15 iyun 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et