Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirildi | Banco.az

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirildi

10 mart 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104003774 ISIN-li, 10 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 4 investor tərəfindən qiyməti intervalı 92.2055 AZN (8.4999%) və 93.3006 AZN (7.2200%) olan 8 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.6387 AZN (7.9900%), orta ölçülmüş qiyməti 93.1014  AZN (7.4505%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 26,768,000.00 AZN yerləşdirilmiş həcmi isə 10 mln. manat təşkil edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

İstiqrazların ödəmə tarixi  9 mart 2021-ci  il.

Hərrac iştirakçıları 11 mart 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Ən sərfəli krediti almaq üçün müraciət et