Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirildi | Banco.az

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirildi

19 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104011744 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 13 investor tərəfindən qiyməti intervalı 91.7846  AZN (9.0000%) və 94.3689 AZN (6.0000%) olan 23 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.3246 (6.0500%), orta ölçülmüş qiyməti 94.3285 (6.0456%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 125,018,000.00 AZN yerləşdirilmiş həcmi isə 25 mln. manat təşkil edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

İstiqrazların ödəmə tarixi  17 noyabr 2020-ci  il.

Hərrac iştirakçıları 20 noyabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

 

Ən sərfəli krediti almaq üçün müraciət et