31 oktyabr 2017-cı il tarixindəBakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldəverilmişdir;
|
Dövlət istiqrazının növü |
Faizli,ortamüddətli dövlət istiqrazları |
|
Qiymətli kağızın ISIN kodu |
AZ0106001644 |
|
Emissiya həcmi |
20 000 000 AZN |
|
Nominal dəyəri |
100 AZN |
|
İstiqrazların tədavül müddəti |
1092 gün |
|
Faiz gəliri |
15% |
|
Ödəmə tarixi |
27.10.2020 |
|
Anderrayter |
Paşa Kapital İŞ QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
