18 iyul 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0105006552 ISIN kodlu, 728 gün tədavül müddətli, 5 000 000 AZN həcmində ortamüddətli, faizli (15% illik) dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Banco.az portalı BFB-yə istinadən xəbər verir ki, hərrac zamanı 9 investor tərəfindən 18 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 28,119,000.00 AZN təşkil edib
Sifarişlər 100.0043 AZN (14.9974%) və 104.3067 AZN (12.5000%) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 103.4000 AZN (13.0147%), orta ölçülmüş qiyməti 103.7711 AZN (12.8033%) təşkil edib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 19.07.2017 (t+1) tarixində həyata keçiriləcəkdir
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 5,000,000.00 AZN təşkil edilib.
İstiqrazların ödəmə tarixi 16.07.2019-cu ildir.