Maliyyə naziri: "Azərbaycanın beynəlxalq kredit reytinqindən narazıyıq" | Banco.az

Maliyyə naziri: "Azərbaycanın beynəlxalq kredit reytinqindən narazıyıq"

Dünyanın aparıcı reytinq agentlikləri olan "Standard and Poor's", "Moody's" və "Fitch" Azərbaycanın kredit reytinqini "BB+" səviyyəsində müəyyən edib, lakin biz bu reytinqdən narazıyıq".

Bunu maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində deyib.

Ən sərfəli kredit üçün müraciət et

"Hesab edirik ki, Azərbaycanın reytinqi 1 pillə də yuxarı, yəni əvvəlki "BBB-" səviyyəsində olmalıdır. Ölkəmizə investisiya reytinqi verilməlidir. Çünki Azərbaycan iqtisadi böhrandan sonra problemlərini, xüsusilə borc problemini uğurla həll edib, valyuta ehtiyatları kifayət qədər artıb, odur ki, ölkənin reytinqinin qaldırılması üçün zəmin yaranıb", - deyə nazir qeyd edib.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et